Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində 8 çəki dərəcəsində dörddəbir finalçılar müəyyənləşib
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində üçüncü yarış gününə yekun vurulub.

Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusunun qatıldığı yarışda bu gün 51 qarşılaşma baş tutub.

Görüşlərdən sonra 44, 48, 52, 60, 66, 75 və 80 kiloqram çəki dərəcələrində dörddəbir finalçıların adlarına aydınlıq gəlib. Bir gün əvvəl 50 kiloqram çəki dərəcəsində səkkizdəbir final görüşləri başa çatdığından sabah bu mərhələnin digər 6 çəki dərəcəsinin qarşılaşmaları təşkil olunacaq.

Qeyd edək ki, yarışın qaliblərinin adları martın 14-də bəlli olacaq.

Xəbər 287 dəfə oxundu.