Azərbaycanın kişi cütlüyü “Bakı-2022”də balans hərəkətində çıxışını təqdim edib
Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz balans hərəkəti üzrə təsnifat mərhələsində çıxışını təqdim edib. Cütlüyümüzün çıxışı 27,520 xalla qiymətləndirilib.

Komandamız hazırda üçüncü pillədə qərarlaşıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Çempionatın birinci günündə qadın və kişi cütlüklər balans və temp hərəkətlərində təsnifat mərhələsində mübarizə aparacaqlar. Qadın qruplar temp, kişi qruplar isə balans hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər balans hərəkətində yarışacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 262 dəfə oxundu.