Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkib
Daha bir qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında balans hərəkətində çıxış edib.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz təsnifat mərhələsində hakimlərdən 28,760 xal alıblar. Uğurlu çıxış edən təmsilçilərimiz hazırda təsnifat mərhələsinə liderlik edirlər.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz isə yeddinci pillədə qərarlaşıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Çempionatın birinci günündə qadın və kişi cütlüklər balans və temp hərəkətlərində təsnifat mərhələsində mübarizə aparacaqlar. Qadın qruplar temp, kişi qruplar isə balans hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər balans hərəkətində yarışacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 275 dəfə oxundu.