Basketbol üzrə Azərbaycan millisi Türkiyə klubuna qalib gəlib
Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədə təlim-məşq toplanışındadır.

Millimiz İzmirdə təşkil olunan hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Millimiz Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşıb. Millimiz bu görüşdə 75:70 hesabı ilə qalib gəlib.

Görüşün ən məhsuldar basketbolçusu 34 xalla millimizin üzvü Amil Həmzəyəv olub.

Xəbər 315 dəfə oxundu.