Paracüdoçularımız Antalyada keçiriləcək Qran-Pri yarışına Şamaxıda hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin qadınlardan ibarət cüdo üzrə milli komandası Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edir.

Hazırlıq prosesi baş məşqçi, Paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi altında təşkil olunub.

Təlim-məşq toplanışı martın 16-dək davam edəcək.

Hazırlıq prosesi aprelin 23-25-də Antalyada keçiriləcək Qran-Pri yarışına hazırlıq xarakteri daşıyır.

Xəbər 392 dəfə oxundu.