Badminton üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən badminton üzrə paytaxt birinciliyinə yekun vurulub.

Turnirdə 2006-2007 təvəllüdlü uşaq badmintonçular mübarizə aparıblar. Beş kateqoriya üzrə keçirilən turnirdə 40 oğlan və 20 qız iştirak edib.

Turnirin qalibləri diplom və medallarla təltif olunublar.

Xəbər 439 dəfə oxundu.