"Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançımız Mehman Ramazanzadə Çinə yola düşüb
Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının üzvü Mehman Ramazanzadə bu gün Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə yola düşüb.

Gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Qış İdman Federasiyasının prezidenti Fuad Nağıyev və AMPK-nin baş katibi Kamal Məmmədov idmançımızı hava limanında Pekin şəhərinə yola salıblar.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Kross-kantri növünün sprint kateqoriyasında iştirak edəcək Mehman Ramazanzadənin yarışı martın 9-u baş tutacaq.

Xəbər 425 dəfə oxundu.