“İdman həftəsi” çərçivəsində keçirilən voleybol turnirinə yekun vurulub
“İdman həftəsi” çərçivəsində keçirilən voleybol turnirinə martın 4-də yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın sonuncu günündə əvvəlcə üçüncü yerin sahibi bəlli olub. "Media" və "GİN" komandaları arasında baş tutan matçda birincilər 2:0 (25:22, 25:20) hesabı ilə qalib gəliblər.

Ardınca qalib adı uğrunda "Veteranlar" və "Bakı" komandaları üz-üzə gəliblər. Bu matçda da 2:0 (25:8, 25:7) hesabı qeydə alınıb. Rəqibini məğlub edən “Veteranlar” turniri birinci yerdə başa vurublar.

Finalı Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva izləyib və yarışın bağlanış mərasimində qalibləri təbrik edib. Daha sonra nazir müavini və AVF-in baş katibi Fərid Xəlilov mükafatçılara medal və diplomlar veriblər.

Xəbər 288 dəfə oxundu.