Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikinci dövrənin doqquzuncu turunun oyunları martın 3-də baş tutacaq.

Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 272 dəfə oxundu.