Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq
Martın 2-dən 11-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlığa Həbib Hüşənov, Murad Əbilov, Ömər Kərimov, Emil Şəkixanov (hamısı "Qəbələ"), Ayxan Əlizadə, Tuncay Əhmədov, Cəmil Mehdiyev, Tunar Mehdizadə, Əmir Əliyev, Ramin Əvəzov, Balamirzə Mehdizadə, Elgün İsaqov (hamısı "Sabah"), Afdandil Arıxov, Vüsal Paşayev, Dilavər Verdiyev (hamısı "Sumqayıt"), Səbuhi Niftiyev, Elton Babazadə (hər ikisi "Qarabağ"), Məsud Əlişanlı, Mehdi Mütəllimli (hər ikisi "Europen Football Academy"), Amin Muradov, Murad Məmmədov, Elvin Qurbanov, Ömər Nəsibov (hamısı "Neftçi"), İsmayıl Ələkbərov ("Marcet Academy" İspaniya) və İslam İsmayılzadə ("Səbail") dəvət olunublar.

Xəbər 292 dəfə oxundu.