Futbol üzrə Azərbaycan çempionatının XVII turuna start verilib
Fevralın 27-də “Sabah” – “Neftçi” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu matçın 50-ci dəqiqəsində Sezar Meza Kolli vurub.

“Ağ-qaralar” qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Sonuncu ölkə çempionu “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Sabah” isə 20 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” komandası “Qəbələ”ni qəbul edəcək.

Tura fevralın 28-də keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Xəbər 270 dəfə oxundu.