Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq.

Komandalar arasında fevralın 20-də təşkil olunan oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.

Xəbər 513 dəfə oxundu.