Lebron Ceymsin komandası “All Star” matçının qalibi olub
Milli Basketbol Assosiasiyasında ənənəvi “All Star” matçı keçirilib. Bu dəfə Klivlend şəhərində təşkil edilən şou xarakterli oyunda Lebron Ceyms və Kevin Dürantın komandaları üz-üzə gəliblər.

Dürantın nənəsinin vəfatı ilə əlaqədar “Bruklin Nets”in lideri bu oyunda meydana çıxmayıb.

Bərabər mübarizə şəraitində keçən ilk hissəni Lebronun komandası 47:45 hesabı ilə öndə başa vurub. İkinci 15 dəqiqədə Dürantın komandası vəziyyəti xeyrinə dəyişə bilib – 46:49. Elə üçüncü hissədə də komandalar bərabər səviyyədə mübarizə aparıblar – 45:45. Son periodda rəqibin 21 xalı müqabilində 25 xal toplayan Lebron Ceymsin komandası meydanı 163:160 hesablı qələbə ilə tərk edib.

Məhz Ceymsin sonda dəqiq atışı sayəsində klivlendlilər sabiq oyunçularının komandasının qələbəsinə seviniblər.

Oyunun ən yaxşı basketbolçu mükafatına isə görüşdə 60 xal toplayan Stefen Körri sahib olub. O, bu oyunda 16 dəqiq 3 xallıq atışla yeni “All Star” rekordu müəyyənləşdirib. Yannis Adetokumbo 30, Lebron isə 24 xal toplayıb. Rəqib komandada Coel Embid 36 xalla ən məhsuldar oyunçu seçilib.

Xəbər 333 dəfə oxundu.