Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib.

Yarışda 45 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova (566 xal), kişilərin mübarizəsində Vladislav Kalmıkov (567 xal) qalib olublar.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.

Xəbər 340 dəfə oxundu.