İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək
Fevralın 27-də 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı keçiriləcək.

“İdman birləşdirir” şüarı altında baş tutacaq yarış 9 turdan ibarət olacaq.

Reqlamentə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.

İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr veriləcək.

Yarış Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 332 dəfə oxundu.