“Pekin-2022”: Norveç yığması medal sayına görə Olimpiadanın qalibi olub
Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında 16 qızıl, 8 gümüş və 13 bürünc medal qazanaraq yarışları birinci pillədə başa vurub.

Medal sayına görə ikinci yeri Almaniya yığması (12,10,5), üçüncü yeri Oyunların ev sahibi – Çin komandası tutub. Dördüncü yerdə ABŞ komandası (8,10,7), beşinci pillədə isə İsveç yığması (8,5,5) qərarlaşıb.

Yarışların ilk günlərindən inamla çıxış edən Norveç komandası qızıl medalların sayına görə Qış Olimpiya Oyunlarının rekordunu təzələyib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edib. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar.

Xəbər 440 dəfə oxundu.