Azərbaycan komandası yeniyetmələr arasında keçirilən açıq Avropa turnirinə uğurla start verib
Azərbaycan komandası İspaniyada yeniyetmələr arasında keçirilən açıq Avropa turnirinə uğurla start verib.

Turnirin birinci günündə idmançılarımız 4-ü qızıl olmaqla 8 medal qazanıblar. Belə ki, yeniyetmə oğlanlar arasında Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev (66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Xalid Məmmədov (50 kq), Xanəhməd Şərifov (55 kq) bürünc medal qazanıblar.

Yeniyetmə qızlar arasında isə Xumar Qasımzadə (44 kq) gümüş, Fidan Qasımova (52 kq) bürünc medal əldə ediblər.

Xəbər 319 dəfə oxundu.