Azərbaycan karateçisi Premyer Liqa yarışında finala yüksəlib
Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində karate üzrə komandamız Karate1 Premyer Liqa seriyasından yarışda mübarizəyə başlayıb.

Karateçilərimizdən Tural Ağalarzadə (67 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançımz final qarşılaşmasına fevralın 20-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan komandası yarışda, ümumilikdə 9 idmançı ilə təmsil olunur.

Fevralın 20-dək davam edəcək nüfuzlu turnirdə 55 ölkədən 342 karateçi iştirak edir.

Xəbər 456 dəfə oxundu.