Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək
Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.

Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.

Xəbər 618 dəfə oxundu.