Azərbaycan idmançısı “World Indoor Tour Silver Level” turnirində iştirak edib
Fransanın Lievin şəhərində atletika üzrə keçirilən yarışda (World Indoor Tour Silver Level) Azərbaycan idmançısı Nazim Babayev iştirak edib.

Üçtəkanla tullanma növündə çıxış edən millimizin üzvü 16,39 metr nəticə göstərərək beşinci olub.

Xatırladaq ki, N.Babayev fevralın 14-də Fransada keçirilən digər turnirdə 16,27 metr nəticə göstərməklə bürünc medal qazanıb.

Xəbər 372 dəfə oxundu.