Bu gün fiqurlu konkisürənimiz Yekaterina Ryabova “Pekin-2022”nin final mərhələsində çıxış edəcək | |
Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova “Pekin-2022” Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək. 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq. Y.Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir. Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq. |
|
Xəbər 383 dəfə oxundu. |
|
|