Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib
İyirmi yaşadək basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.

C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.

Qeyd edək ki, San-Marinonun Serravalle şəhərində təşkil olunacaq turnir iyulun 24-31-də keçiriləcək.

Xəbər 303 dəfə oxundu.