UEFA “Qarabağ”ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Paylaşımda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə vurduğu qoldan sonra sevindiyi fotosu yer alıb. İzləyicilərə isə belə sual ünvanlanıb: “O, “Qarabağ”da mövsümün oyunçusu ola bilərmi?”.

Xatırladaq ki, Kadi “Neftçi” ilə qarşılaşmada (2:1) dubl edib.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Xəbər 558 dəfə oxundu.