“Pekin-2022”: Norveç yığması medal sıralamasında liderliyini qoruyur
Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini qoruyur.

Olimpiadanın arxada qalan on bir yarış gününün nəticələrinə əsasən, Norveç yığmasının hesabında 9 qızıl, 5 gümüş və 7 bürünc medal var. İkinci sırada qərarlaşan Almaniya 8 qızıl, 5 gümüş və 2 bürünc medal əldə edib. İlk beşlikdə, həmçinin ABŞ (7, 6, 3), Niderland (6, 4, 2) və Avstriya (5, 6, 4) yığmaları yer alır.

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında ötən günə nisbətən bir pillə irəliləyib. Hazırda yeddinci yerdə qərarlaşan ÇXR yığması hesabına 5 qızıl, 3 gümüş və 2 bürünc medal yazdırıb. Hələlik yarışlarda yalnız 26 ölkə medal qazana bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.

Xəbər 363 dəfə oxundu.