Böyüklər arasında stolüstü tennis üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında Bakı çempionatı keçirilib.

Şüa İdman-Sağlamlıq Kompleksində üç gün davam edən çempionatın şəxsi yarışlarında Vəzir Allahverdiyev və Xədicə Əlizadə birinci yeri tutublar. Rüstəm Əliyev – Emin Məmmədov, Səbinə Məmmədova – Jalə Quliyeva qoşa, Rəvan Abbasov – Ləman Babayeva qarışıq-qoşa yarışlarda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Xəbər 565 dəfə oxundu.