Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turnirinin qalibləri müəyyənləşib
Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” kikboksinq klubunun təşkilatçılığı ilə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində müxtəlif yaş qrupları üzrə keçirilən yarışda İsgəndər Cəbrayılov (26 kq), Əli Quliyev (28 kq), Məhəmmədəli Qarayev (30 kq), Əli Aslanov (32 kq), Nurəli Əsgərov (35 kq), Ayaz Niftullayev (37 kq), Faxralı Orucov (42 kq), Elmir Mirzəyev (45 kq), Zirəddin Rüstəmov (47 kq) və Məhəmməd Məhəmmədzadə (50 kq) bütün rəqiblərini məğlub edərək birinci yeri tutublar.

Xəbər 632 dəfə oxundu.