Badmintonçularımız Bakı birinciliyində mübarizə aparacaqlar
Bu gün badminton üzrə Bakı şəhər birinciliyi start götürür.

Paytaxt birinciliyi 2012-ci il və daha kiçik (8-10 yaş) yaşlı, eləcə də 2010-2011-ci il təvəllüdlü idmançılar arasında təşkil ediləcək. Qızlar və oğlanlar arasında keçiriləcək turnirdə 80-ə yaxın badmintonçu iştirak edəcək.

Fevralın 17-dək davam edəcək yarış 1 saylı idman liseyində olacaq.

Xəbər 547 dəfə oxundu.