Bu gün qadın taekvondoçularımız “Turkish Open” beynəlxalq turnirində mübarizəyə qoşulacaqlar
Bu gün Azərbaycanın qadın taekvondoçuları Antalyada keçirilən G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirində mübarizəyə başlayacaqlar.

Komandamızı səkkiz qadın idmançı təmsil edir. Qadınların yarışında Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (hər ikisi 62 kq) və Fəridə Əzizova (67 kq) güclərini sınayacaqlar.

Fevralın 13-də kişi taekvondoçularımız yarışacaqlar. Kişilər arasında keçiriləcək yarışda Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (hər üçü 54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (hər ikisi 58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (hamısı 63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (hər üçü 68 kq), Eltac Qafarov, Cavad Ağayev (hər ikisi 74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (hamısı 80 kq), Milad Beiqi Harçeqani, Taleh Süleymanov (hər ikisi 87 kq), Radik İsayev və Xəyyam Ağayev (hər ikisi 87 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Yarışı idarə edən ədalət təmsilçiləri arasında Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yer alıblar.

Xəbər 552 dəfə oxundu.