Bu gün Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulacaq
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin sonuncu oyunları keçiriləcək.

Altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 304 dəfə oxundu.