“Pekin-2022”: Medal sıralamasında Almaniya yığması liderlik edir
Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında Almaniya idmançıları liderlik edirlər.

Olimpiadanın arxada qalan yeddi gününün nəticələrinə əsasən, Almaniya yığmasının hesabında 6 qızıl və 3 gümüş medal var. İlk beşlikdə, həmçinin Norveç (5 qızıl, 3 gümüş və 4 bürünc medal), Avstriya (4, 5,4), ABŞ (4,5,1) və Niderland (4,3,1) yığmaları yer alır.

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında yeddinci yerdə gedir. ÇXR yığması hesabına hələlik 3 qızıl və 3 gümüş medal yazdıra bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycan yarışlarda iki idmançı ilə təmsil olunur.

Xəbər 360 dəfə oxundu.