Avstriyalı snoubordçu Alessandro Hemmerle “Pekin-2022”də qızıl medal qazanıb
“Pekin-2022” Qış Olimpiya Oyunlarında kişilər arasında snoubord-kross yarışında avstriyalı Alessandro Hemmerle qızıl medal qazanıb.

Kanadalı Eliot Qronden gümüş, İtaliya idmançısı Omar Vizintin bürünc medala sahib olublar.

Hazırda Avstriya komandasının aktivində 4 qızıl, 4 gümüş və 4 medal var. Ümumilikdə, 12 medalla Avstriya ölkələrin sıralamasında üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də artıq çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Xəbər 385 dəfə oxundu.