Bolqarıstanda keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə Avropa çempionatına Albaniya ev sahibliyi edəcək
Apreldə Bolqarıstanda keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə Avropa çempionatına Albaniya ev sahibliyi edəcək.

Buna Bolqarıstan milli federasiyasının problemlərlə üzləşməsi və yarışı təşkil edə bilməməsi səbəb olub.
Albaniyanın paytaxtı Tiranada keçiriləcək qitə birinciliyi mayın 25-dən iyunun 3-dək davam edəcək.

Sonuncu Avropa çempionatına 2021-ci ildə Moskva ev sahibliyi edib.

Xəbər 372 dəfə oxundu.