Ramiz Yusif oğlu Yusifov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ramiz Yusif oğlu Yusifov fevralın 9-da ömrünün 85-ci ilində vəfat edib.

Ramiz Yusif oğlu Yusifov 1936-cı ildə mayın 15-də Ağdam rayonunda anadan olub.

O, 1936-cı ildə boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958-ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə beynəlxalq dərəcəli hakim, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü idi.

Dövlətimizin başçısının 18 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.

Ramiz Yusifovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Xəbər 489 dəfə oxundu.