Doqquzqat dünya çempionu Sebastyan Löb “Çempionların yarışı” rallisinin qalibi olub
İsveçin Piteo şəhərində hər il keçirilən “Çempionların yarışı” rallisi başa çatıb.

Müxtəlif kateqoriyalı yarış avtomobillərinin pilotlarının mübarizəsində bu dəfə ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb uğur qazanıb. Qırx yeddi yaşlı fransalı pilot həlledici mərhələdə Formula 1 sürücüsü Sebastyan Fetteli 3:1 hesabı ilə üstələyib.

Löb 2003-cü, 2005-ci və 2008-ci illərdə də “Çempionlar yarışı” rallisinin qalibi olub. Löb karyerasında dördüncü dəfə yarışı qazanmaqla Sebastyan Didye Oriolun rekordunu təkrarlayıb. Fettel isə 2015-ci ildə şou xarakterli tədbirdə uğur qazanıb.

Qeyd edək ki, bu yarışda Fettellə yanaşı, Formula 1 pilotlarından Mik Şumaxer də iştirak edib. Amma “Haas” komandasının pilotu ilk mərhələdə Ceymi Çedvikə məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər 276 dəfə oxundu.