“Pekin-2022”: Niderlandlı konkisürən İrene Shauten Olimpiya rekorduna imza atıb
“Pekin-2022” Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafəyə konkisürmə yarışında niderlandlı İrene Shauten rekorda imza atıb.

İdmançı məsafəni 3 saat 56 dəqiqəyə qət edərək qızıl medal qazanmaqla yanaşı, Olimpiya rekordu müəyyənləşdirib.

İlk üçlükdə italiyalı Françeska Lollobricida və Kanada idmançısı İzabel Vaydeman yer alıblar.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Xəbər 631 dəfə oxundu.