Pekin Olimpiadasının açılışında AFR bayrağını Pexştayn və Fridrix daşıyacaqlar
Məlum olduğu kimi, sabah Pekində 24-cü Qış Olimpiya Oyunları açılacaq. Bu Oyunlar fevralın 20-dək davam edəcək. Martın 4-dən 13-dək olan müddətdə isə, yenə orada 13-cü Qış Paralimpiya Oyunları keçiriləcək.

Almaniyanın olimpiya yığması Oyunların açılış mərasimində bu ölkənin bayrağını kimin daşıyacağı məsələsini müəyyənləşdirib. Bayraqdarlar beşqat Olimpiya çempionu konkisürən Klaudia Pexştayn və ikiqat olimpiya çempionu, bobsleyçi Françesko Fridrix olacaq.

Xəbər 370 dəfə oxundu.