Sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Fevralın 8-dən 10-dək sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçiriləcək.

Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.

Çempionatın proqramına əsasən, fevralın 8-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Xəbər 1012 dəfə oxundu.