Yeni mövsümdən Formula 1 komandalarının üzvləri məcburi şəkildə vaksinasiya prosesindən keçəcək
Yeni mövsümdən Formula 1 komandalarının üzvləri məcburi şəkildə vaksinasiya prosesindən keçəcək.

Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri məlumat yayıb. Bununla yanaşı, komandalar peyvənd olunmayan pilotla da müqavilə bağlaya bilməz. Hətta yarışı işıqlandıran jurnalistlər də bu prosesin bir parçası olacaqlar.

Qeyd edək ki, ötən mövsüm bu qayda məhdud çərçivədə tətbiq olunurdu. Yəni komandanın vaksin olunmayan hər hansı üzvü öz poddokunu tərk edə bilməzdi.

Xəbər 282 dəfə oxundu.