Pekin Olimpiadasında 19 minə yaxın könüllü çalışacaq
Pekin Olimpiadasında çalışan könüllülərin sayı açıqlanıb.

Pekin Qış Olimpiya Oyunlarına ümumilikdə 19 min könüllü cəlb olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında təşkilat komitəsinin vitse-prezidenti Yanq Şuan məlumat verib.

Qeyd edək ki, fevralın 4-dən 20-dək keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Xəbər 508 dəfə oxundu.