Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin müsahibə mərhələsinə start verilib
Formula 1 Azərbaycan Qran-Pirisinə qatılmaq istəyən könüllülərin qeydiyyat mərhələsi artıq yekunlaşıb. Yanvarın 31-də qeydiyyatı uğurla başa vuran könüllülərin müsahibə mərhələsinə start verilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Azsport.az saytına bildiriblər ki, yanvarın 14-də start götürmüş qeydiyyat prosesi dörd gün davam edib və ümumilikdə 8 mindən çox müraciət qəbul olunub.

Müsahibə mərhələsində namizədlərin motivasiyasına, dil biliklərinə, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsinə, F-1 yarışlarında işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqlarına xüsusi diqqət yetirilir.
Müsahibə mərhələsindən uğurla keçən könüllülər “Ümumi təlimlər” mərhələsinə dəvət alacaqlar.
Bundan əlavə olaraq, könüllülərin fərdi və peşəkar inkişafları üçün Bakı Şəhər Halqası Akademiyasında müxtəlif təlimlər, seminarlar və danışıq klubları təşkil ediləcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 284 dəfə oxundu.