"Pekin-2022" Qış Olimpiadasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb
"Pekin-2022" Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.

Bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.

Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.

Qeyd edək ki, Pekin olimpiadası fevralın 4-dən 20-dən keçiriləcək.

Xəbər 348 dəfə oxundu.