Azərbaycanın qadın güləşçisi Rusiyada qızıl medal qazanıb
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.

59 kq çəki dərəcəsində yer alan Kolesnik finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.

O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb.

Xəbər 293 dəfə oxundu.