Cüdoçumuz Qran-Pri turnirinin yarımfinalına vəsiqə qazanıb | |
Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycan cüdoçusu yarımfinala vəsiqə qazanıb. Yarışda idmançımız Balabəy Ağayev ilk qarşılaşmada özbəkistanlı Baxrom Boturov, sonrakı görüşlərdə isə İsveçrə təmsilçisi Lionel Sçvanderi və monqolustanlı Tsogt-Oçir Byambajavi məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi yaponiyalı Taiki Nakamura olacaq. Qeyd edək ki, turnirdə Azərbaycanı beş cüdoçu təmsil edir. Yarışda 41 ölkədən 300-ə yaxın idmançı iştirak edir. |
|
Xəbər 307 dəfə oxundu. |
|
|