“Sabah” baxışda olan rusiyalı futbolçu məşqçilərin rəğbətini qazana bilməyib
Bakının “Sabah” klubunda baxışda olan rusiyalı futbolçu məşqçilərin rəğbətini qazana bilməyib.

Nikolay Boçko paytaxt təmsilçisinin “Mladost”la yoxlama oyununda start heyətdə meydana çıxıb. “Krasnodar” klubunun yetirməsi olan Boçkonun son klubu Rostovun SKA komandası olub.

Vaxtilə “Krasnodar”dan müdafiəçini yaxşı tanıyan “Sabah”ın baş məşqçisi Murad Musayev onu komandasına cəlb etmək istəsə də, səviyyəsindən razı qalmayıb.

Xəbər 283 dəfə oxundu.