“Zirə” klubu Haiti millisinin yarımmüdafiəçisi ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Haiti millisinin yarımmüdafiəçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlayıb.

İyirmi altı yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın “Bordo”, “Kozes”, “Bordelay”, “Entente”, “Şartr”, “Paris” və “Bastiya-Borqo” klublarında çıxış edib. O, son olaraq Rumıniyanın “Qaz Metan” komandasının formasını geyinib.

Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferidir. Bakı təmsilçisi daha əvvəl fransalı yarımmüdafiəçi Hamidu Keytanı heyətinə qatıb.

Xəbər 272 dəfə oxundu.