"Keşlə" baxışda olan əcnəbi futbolçular barədə qərar verib
Qış təlim-məşq toplanışını Bakıda davam etdirən "Keşlə" baxışda olan əcnəbi futbolçular barədə qərar verib.

“Kəpəz”lə qolsuz bərabərliklə bitən yoldaşlıq görüşündə iranlı müdafiəçi və braziliyalı yarımmüdafiəçinin oyunu məşqçilər heyəti tərəfindən bəyənilməyib. Hər iki futbolçu artıq vətənlərinə yola salınıb.

Digər iki əcnəbi ilə bağlı isə yaxın günlərdə qərar veriləcək. Qanalı hücumçu və ingiltərəli vingerin çıxışı baş məşqçidə müsbət fikir formalaşdıra bilib.

Xəbər 303 dəfə oxundu.