20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb
On altı yaşadək şahmatçılar arasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb.

Yekun nəticəyə görə yarışda 7,5 xal toplayan Oqtay Cəfərov birinci yeri tutub. Rəsul Rəsulov 7, Əli Hüseynov 6 xal toplayaraq ikinci və üçüncü yerlərə sahib olublar.

Turnir 4 nömrəli Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Xəbər 277 dəfə oxundu.