Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində iştirak ediblər
Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində mübarizə aparıblar.

Şahmatçılarımızdan ən yaxşı nəticəni Fərid Mustafayev göstərib. Belə ki, təmsilçimiz 10 turdan 8,5 xal toplayaraq 8-15-ci yerləri bölüşüb. Digər şahmatçımız Xəzər Babazadə 8 xalla 20-ci pillədə yer alıb. Azər Mirzəyev və Cahandar Azadəliyev 7,5 xalla 29-60-cı yerləri bölüşüblər. Turnirin qalibi maksimum xalla ABŞ təmsilçisi Hikaru Nakamura olub.

İsveçrə sistemi üzrə keçirilən yarışda 600-ə yaxın şahmatçı iştirak edib.

Xəbər 506 dəfə oxundu.