Şahmatçımız Günay Məmmədzadə Cəbəllütariqdə keçirilən yarışda uğurla çıxış edir
Cəbəllütariqdə kişilər və qadınlar arasında start götürən “Gıbchess Battle of the sexes 2022” komanda turniri davam edir.

Müxtəlif ölkələrin təmsilçilərin qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edir. Şahmatçımız birinci turda Qətər təmsilçisi Huseyn Əzizlə heç-heçə edib, ikinci turda isə əlcəzairli Bilel Bellaçeneyə qalib gəlib.

Hər iki turda qalib gələn qadınlardan ibarət komanda 13:7 hesabla irəlidədir.

On turdan ibarət olan turnir fevralın 3-dək davam edəcək.

Xəbər 588 dəfə oxundu.