Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, çempionatın qalibi nəzərdə tutulduğu kimi 6 deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək. Buna mart və aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.

Qeyd edək ki, qərar klubların razılığı əsasında qəbul edilib.

Xəbər 287 dəfə oxundu.